Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Air India" təyyarə qəzası ilə bağlı istintaq yekun mərhələyə çatdı

3 dəq
Paylaş:
"Air India" təyyarə qəzası ilə bağlı istintaq yekun mərhələyə çatdı

Hindistanda 260 nəfərin ölümü ilə nəticələnən "" ilə bağlı aparılan yekun mərhələyə daxil olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Hindistanın Aviasiya Qəzalarının Təhqiqatı Bürosunun (AAIB) məhkəməyə təqdim etdiyi sənədlərə əsasən, qəzanın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların böyük hissəsi tamamlanıb.

Məlumata görə, müstəntiqlər kokpitdəki səs yazılarının stenoqramını tam hazırlayıb, pilotlarla bağlı psixoloji ekspertiza aparıblar. Hazırda isə may ayının sonunda aşkar edilmiş mühərrik monitorinq qurğusundan əldə olunan məlumatların təhlili gözlənilir. Eyni zamanda, qəzanın baş verməsinə səbəb ola biləcək təşkilati amillər də araşdırılır.

İstintaq çərçivəsində "Air India" şirkətinin "" təyyarəsinin pilotları, uçuş heyəti, mühəndisləri və hava hərəkətini idarə edən dispetçerlərlə çoxsaylı müsahibələr aparılıb. AAIB bildirib ki, bəzi mediada pilotları günahlandıran əsassız iddiaların yayılması istintaqa mənfi təsir göstərib və bir sıra şahidlərin ifadə verməkdən çəkinməsinə səbəb olub.

Qəzada həlak olan kapitan Puşkar Rac Sabharvalın ailəsi isə istintaqın gedişatına etiraz edərək məhkəməyə müraciət edib. Onlar müstəntiqlərin pilotun qəsdən yanacaq axınını dayandırdığına dair iddialar irəli sürdüyünü bildiriblər.

AAIB-nin məlumatına görə, qalan araşdırmaların təxminən altı həftə ərzində yekunlaşdırılması planlaşdırılır. İlkin yekun hesabatın oktyabr ayında hazırlanacağı, daha sonra isə ABŞ-nin Milli Təhlükəsizliyi Şurası (NTSB) da daxil olmaqla, istintaqda iştirak edən ölkələrin aidiyyəti qurumlarına təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, 12 iyun 2025-ci ildə Əhmədabaddan havaya qalxan "Air India"ya məxsus "Boeing 787" təyyarəsi qısa müddət sonra qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan və yerdəki ümumilikdə 260 nəfər həyatını itirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax