Əsas məzmuna keç

Hindistanda təcili yardım təyyarəsi qəzaya uğrayıb: 7 nəfər həlak olub

Hindistanda təcili yardım təyyarəsi qəzaya uğrayıb: 7 nəfər həlak olub

Hindistanın Carkhand əyalətində xəstə daşıyan təyyarənin düşməsi nəticəsində pilotlar və tibbi heyət daxil olmaqla hamı vəfat edib.

en ru

Hindistanda ağır baş verib.

“Operativ Məlumat Mərkəzi-OMM” "India Today" nəşrinə istinadən xəbəır verir ki, "Redbird Airways" şirkətinə məxsus "Beechcraft C90" tipli təcili yardım təyyarəsi əyalətində qəzaya uğrayıb.

Mülki Aviasiya Baş Direktorluğunun (DGCA) açıqlamasında bildirilir ki, təyyarə əyalətin paytaxtı Ranchi şəhərindən havaya qalxdıqdan təxminən 20 dəqiqə sonra radarlardan itib.

Aparılan araşdırmalar nəticəsində hava gəmisinin Çatra bölgəsində yerə düşdüyü müəyyən edilib.

Çatra bölgə komissarı Keerthishree G-nin verdiyi məlumata görə, qəza nəticəsində təyyarədə olan 7 nəfərin hamısı həyatını itirib.

Hazırda hadisənin başvermə səbəbləri ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…