ABŞ-ninİrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların əsas hədəfləri barədə məlumatlar yayılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "Fox News" telekanalına istinadən xəbər verir ki, hücumların ilkin hədəfi ayətullah Əli Xameneyinin iqamətgahı olan "ayətullah kompleksi" olub.
Məlumata əsasən, İran parlamentinin binası, Milli Təhlükəsizlik Ali Şurası, Kəşfiyyat Nazirliyi və İranın Atom Enerjisi Agentliyi hədəfə alınıb.
Hərbi zərbələrlə yanaşı, ABŞ-nin İranın xəbər agentliklərinə, o cümlədən "IRNA" agentliyinə qarşı genişmiqyaslı kiberhücumlar təşkil etdiyi bildirilir.
Digər tərəfdən, İsrailin İrana endirdiyi ikinci dalğa zərbələr zamanı ali rəhbərin yaşadığı bölgədə güclü partlayış səsləri eşidilib.
"Reuters" agentliyinin mənbələrinə görə, Əli Xameneyi hazırda Tehranda deyil, daha təhlükəsiz bir məkanda gizlədilib.