Əsas məzmuna keç

Xamenei: “ABŞ İslam Respublikasını məhv edə bilməyəcək”

Xamenei: “ABŞ İslam Respublikasını məhv edə bilməyəcək”

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ Prezidentinin bəyanatlarına cavab verərək, Vaşinqtonun Tehrana qarşı planlarının uğursuzluğa məhkum olduğunu bildirib.

en ru

İranın Ali Rəhbəri Əli ABŞ Prezidenti Trampın Amerika hərbi gücü ilə bağlı iddialarına kəskin reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ali Rəhbər ABŞ-nin hərbi qüdrətinin sarsılmaz olmadığını vurğulayıb:

“Onlar ordularının dünyanın ən güclüsü olduğunu deyirlər. Lakin ən güclü ordu belə bəzən elə bir zərbə ala bilər ki, bir daha ayağa qalxa bilməz”.

O, ABŞ-nin İran sularına hərbi gəmilər göndərmək təhdidlərinə toxunaraq, həmin gəmiləri dənizin dibinə qərq edə biləcək silahların daha təhlükəli olduğunu qeyd edib.

Xamenei həmçinin ABŞ Prezidentinin son çıxışlarından birinə diqqət çəkib.

“ etiraf edib ki, 47 ildir Amerika İslam Respublikasını sıradan çıxara bilmir. Bu, mühüm bir etirafdır və mən deyirəm: Siz bundan sonra da bunu bacarmayacaqsınız. İran xalqı öz islami və şiəlik dərslərini yaxşı bilir və heç vaxt korrupsiyalaşmış rəhbərlərə beyət etməyəcək”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…