Əsas məzmuna keç

Xamenei ABŞ-yə xəbərdarlıq etdi: Hücuma sərt cavab veriləcək

Xamenei ABŞ-yə xəbərdarlıq etdi: Hücuma sərt cavab veriləcək

Ayətullah Əli Xameneyi İranın müharibə tərəfdarı olmadığını, lakin hər hansı hücuma sərt cavab veriləcəyini bəyan edib.

ru en

İranın ali lideri Əli ABŞ-nin İslam Respublikasına qarşı törədə biləcəyi hər hansı təcavüzün genişmiqyaslı regional münaqişəyə çevriləcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb.

İran liderinin sözlərinə görə, rəsmi Tehran müharibəyə başlamaq niyyətində deyil və digər ölkələrə hücum etməyi planlaşdırmır.

Lakin o, ölkəsinin hər hansı təcavüzkara qarşı qətiyyətli müqavimət göstərəcəyini vurğulayıb:

"İran xalqı ona hücum edən və zərər vuran hər kəsə sarsıdıcı cavab verəcək".

Xamenei həmçinin İran xalqını ABŞ Prezidenti Tramp tərəfindən Yaxın Şərqə əlavə qüvvələrin göndərilməsi ilə bağlı verilən bəyanatlardan qorxmamağa çağırıb.

Xatırladaq ki, yanvarın 19-da ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Abraham Lincoln" aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu Yaxın Şərqə doğru hərəkətə başlayıb. Gəminin artıq İrana gedən yol üzərindəki Malakka boğazına daxil olduğu bildirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…