İsrail ordusu İranın qərb bölgələrində yerləşən hərbi hədəflərə qarşı genişmiqyaslı hücumlar həyata keçirdiyini rəsmən açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İsrail tərəfi bu addımın təhlükəsizlik tədbirləri və hərbi zərurət çərçivəsində atıldığını bildirir. Hazırda bölgədə hərbi gərginlik pik həddə çatıb.
Hücumların miqyası, istifadə olunan texnika və dəymiş ziyan barədə hələlik ətraflı məlumat verilmir. Rəsmi Tehranın baş verən hadisələrə reaksiyası və mümkün cavab tədbirləri beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.