Operativ Məlumat Mərkəzi

Ranyeri yenidən "Roma"ya qayıda bilər

1 dəq
Paylaş:
Ranyeri yenidən "Roma"ya qayıda bilər

"Roma" Klaudio Ranyerini baş məşqçi təyin etməyə yaxındır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssisin Roma klubuna qayıtmasına günlər qalıb.

Tərəflər 2025-ci ilin yayına qədər müqavilə bağlamağa yaxındırlar.

İtaliyalı qovulan İvan Yuriçin yerini tutacaq.

Əvvəllər Klaudio Ranyeri “Roma”da çalışıb: birinci gəliş 2009-2011, ikinci gəliş 2019-cu ilə təsadüf edib.

Xatırladaq ki, ötən mövsüm başa çatdıqdan sonra Ranyeri “Kalyari”dən ayrılaraq məşqçilik karyerasını başa vurduğunu açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər