Əsas məzmuna keç

Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşündə qələbə qazanıb

Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşündə qələbə qazanıb

Milli Gimnastika Arenasında baş tutan UFC Fight Night Baku turnirində Manuel Torresə nokautla qalib gələn Rafael Fiziyev tarixi zəfərə imza atıb.

en ru

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinə yekun vurulub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan yarışda gecənin bütün qarşılaşmaları başa çatıb.

Son olaraq əsas döyüşdə təmsilçisi meksikalı Torreslə üz-üzə gəlib.

Yüngül çəkidəki görüşdə R.Fiziyev rəqibinə qalib gəlib. O, ikinci raundda M. Torresi nokaut edib.

Beləliklə, UFC-nin Bakıda təşkil etdiyi ikinci turnir başa çatıb. Paytaxtdakı ilk belə yarış 2025-ci ildə keçirilib.

Xatırladaq ki, "UFC Night Baku"da Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov isə Mateus Kamiloya (Braziliya) uduzub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…