Əsas məzmuna keç

"Quttereş özünü müəyyən ölkələr qrupunun sözçüsü kimi aparırsa, o zaman..."

"Quttereş özünü müəyyən ölkələr qrupunun sözçüsü kimi aparırsa, o zaman..."

Zaxarova Quterreşi NATO və ya Aİ-yə qoşulmağa çağırdı

en ru

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova BMT-nin Antonio Quterreşin öz müqəddəratını təyinetmə prinsipinin Krım və Donbasa tətbiq olunmadığı ilə bağlı mövqeyini tənqid edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Zaxarova bu barədə RT-yə müsahibəsində danışıb.

Diplomat bildirib ki, BMT-nin Baş katibi özünü müəyyən ölkələr qrupunun sözçüsü kimi aparırsa, o zaman həmin qurumlarda vəzifə tutmağı düşünməlidir. “Əgər BMT-nin Baş katibi özünü bu ölkələr qrupunun sözçüsü hesab edirsə, bəlkə də işə getməli və bu birliklərin Baş katibi olmalıdır”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Qərb azlığı hesab edir ki, yalnız onlar hansı xalqın müəyyən dövlətdən ayrılaraq digərinə qoşulmaq üçün referendum keçirmək hüququna malik olduğuna qərar verə bilər.

Zaxarova vurğulayıb ki, Quterreşə kollektiv Qərbin mövqeyi ilə uzlaşan bəyanatlar vermək səlahiyyəti heç kim tərəfindən verilməyib.

O əlavə edib ki, əgər BMT-nin Baş katibi hələ də dünya təşkilatını bütövlükdə təmsil edirsə, bu cür açıqlamalar verməməlidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…