Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul həbsxanadan etdiyi müraciətində tərəfdarlarını Moldova prezidenti Maya Sandu və onun qurduğu diktaturaya qarşı mübarizəni davam etdirməyə çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Sizin dəstəyiniz məni motivasiya edir və diktaturaya, mövcud hakimiyyətə və ədalətsizliyə qarşı mübarizəni davam etdirmək üçün güc verir. Mən sizlərin mənə etibar etdiyiniz hər bir səsin hüququnu müdafiə edəcəyəm və günahsız insanların işgəncələrə, alçaldılmağa və bu hakimiyyətə xidmət edən hakimlərin ədalətsiz qərarlarına məruz qalmamaları üçün mübarizə aparacağam. Biz birlikdə olanda məğlubedilməzik. Biz bir millətik – qaqauzlar, moldovanlar, ukraynalılar, ruslar, bolqarlar. Mən sizi sevirəm”, – Qutsulun müraciətində qeyd olunub.
Müraciəti həbsxana qarşısında toplaşan nümayişçilərə Qaqauziya rəhbərinin müşaviri Yuri Kuznetsov oxuyub.
Etirazçılar bir neçə gündür istintaq təcridxanası qarşısında “Qutsula azadlıq” şüarları səsləndirir, prezident Maya Sandunun və hakim partiyanın istefasını tələb edirlər.