Operativ Məlumat Mərkəzi

Moldova müxalifəti Sandunu xəyanətdə ittiham edir

2 dəq
Paylaş:
Moldova müxalifəti Sandunu xəyanətdə ittiham edir
Moldovanın müxalif Kommunist Partiyası və Sosialist Partiyası Prezident Maya Sandunu respublikanın Rumıniyaya birləşdirilməsinə səs verməyə hazır olması...

Moldovanın müxalif Kommunist Partiyası və Sosialist Partiyası Prezident Maya Sandunu respublikanın Rumıniyaya birləşdirilməsinə səs verməyə hazır olması ilə bağlı açıqlamalarına görə xəyanətdə ittiham edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Sosialist Partiyasının rəsmi saytında dərc olunan bəyanatda Baş Prokurorluq, Kəşfiyyat və Təhlükəsizlik Xidməti, eləcə də digər səlahiyyətli qurumlardan mümkün xəyanət faktı ilə bağlı dərhal araşdırma aparılması tələb olunub.

Bəyanatda vurğulanıb ki, dövlət başçısının ölkənin parçalanması ilə bağlı ictimai çağırışları ən sərt hüquqi və siyasi qiymət almalıdır.

Kommunist Partiyası isə bildirib ki, Maya Sandu öz bəyanatları ilə Konstitusiyada nəzərdə tutulan səlahiyyətlərini aşır. Partiyanın açıqlamasında qeyd olunub ki, əsas qanuna əsasən prezident Moldova Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qarantıdır. Kommunistlər bu baxımdan “ən ədalətli və düzgün yolun” Maya Sandunun xalqın iradəsi ilə prezident vəzifəsindən uzaqlaşdırılması və Konstitusiyanı pozduğuna görə cinayət məsuliyyətinə cəlb edilməsi olduğunu bildiriblər.

Hazırda Kommunist və Sosialist partiyalarının parlament fraksiyaları ümumilikdə 101 deputatdan 25-ni təşkil edir. Moldova Konstitusiyasına əsasən, prezidentin vəzifədən uzaqlaşdırılması üçün parlament üzvlərinin üçdə iki səsinin toplanması tələb olunur. İmpiçment prosedurunun başlanması üçün isə deputatların ən azı üçdə birinin təşəbbüsü kifayətdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər