Qurban Qurbanov Bakıda Xabi Alonso ilə görüşüb

Qurban Qurbanov Bakıda Xabi Alonso ilə görüşüb
07.03.2024 11:30
Aa
dəq

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda “Bayer 04”ün çalışdırıcısı Xabi Alonso ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, görüş “Bayer 04” klubunun Bakıya səfərindən qısa müddət sonra komandanın qaldığı “Hilton” hotelində baş tutub.

Qurbanov uzun yol qət etmələrinə baxmayaraq, görüşməyə razılıq verdiyi üçün Alonsoya təşəkkür edib. O, “Bayer 04”ün Bakıya uçuşunun necə keçdiyi ilə maraqlanıb, onları Bundesliqada dəstəklədiklərini qeyd edib. Qurbanov qonağa Azərbaycan, ölkəmizin gözəllikləri, təbiəti, görməli yerləri haqqında məlumat verib, onu gələcəkdə qeyri-rəsmi səfərə dəvət edib.

Alonso səmimi münasibət və ölkəmizdəki xoş qarşılanma üçün minnətdarlığını bildirib. İspaniyalı mütəxəssis də “Qarabağ”ın Azərbaycan Premyer Liqasındakı çıxışını izlədiyini vurğulayıb. Alonso bildirib ki, komandalar arasında dostluq münasibətləri yarandığı üçün həm yenidən Bakıya gəlmək və görüşmək, həm də rəqib olmamaq istəyi olub.

Görüşün sonunda Qurban Qurbanov "Bayer 04"ün baş məşqçisinə xüsusi hazırlanmış əl işi olan ipək Qarabağ xalçası hədiyyə edib. Yekunda mütəxəssislər xatirə şəkli çəkdiriblər.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu