Əsas məzmuna keç

Qum şəhərindəki "Cəmkəran" məscidində izdihamlı vida mərasimi keçirilib

Qum şəhərindəki "Cəmkəran" məscidində izdihamlı vida mərasimi keçirilib

İranın Qum şəhərində yerləşən "Cəmkəran" məscidində qadınlar izdihamlı şəkildə toplaşaraq dini şüarlar səsləndiriblər.

en ru

İranın Qum şəhərində tarixi "Cəmkəran" məscidində çoxsaylı qadınların iştirakı ilə mərasim keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə qadınların məscid daxilində bir araya gələrək yüksək səslə "Allahu Əkbər" şüarları səsləndirdiyi əks olunub.

Bildirilir ki, mərasim İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xameneiyə ehtiram əlaməti olaraq təşkil edilib. Qadınların bu toplantı ilə dini və siyasi mövqelərini nümayiş etdirdiyi qeyd olunur.

Hadisə ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir sıra xarici media orqanlarının da diqqətini cəlb edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…