Əsas məzmuna keç

Qubada iki bələdiyyənin və yaşayış məntəqələrinin adları dəyişdirilir

Qubada iki bələdiyyənin və yaşayış məntəqələrinin adları dəyişdirilir

Milli Məclisin iclasında Quba rayonunun Rustov və İqrığ bələdiyyələrinin, həmçinin bir sıra kəndlərin adlarının yenilənməsi məsələsi müzakirəyə çıxarılıb.

en ru

Parlament Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsini qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Respublikasının Qanununa Əlavə –"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər Milli Məclisin payız sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.

Layihəyə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı bələdiyyəsi adlandırılacaq. Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılması təklif edilir.

Sənədə əsasən, adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilir.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Xatırladaq ki, bu il mayın 12-də rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun qəbul edib. Qanuna əsasən, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılıb. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…