Əsas məzmuna keç

Milli Məclis Quba-Xəzəryanı neft sazişini müzakirə edəcək

Milli Məclis Quba-Xəzəryanı neft sazişini müzakirə edəcək

Deputatlar Quba-Xəzəryanı sahəsində neft-qaz əməliyyatlarının aparılmasını nəzərdə tutan yeni müqaviləni təsdiqləyəcək. Sənədin təfərrüatları nədən ibarətdir?

ru en

"Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə , işlənmə və hasilatın pay bölgüsü haqqında" Dövlət Neft ilə "Gran Tierra Energy (Azerbaijan) GmbH" şirkəti və "SOCAR Quba-Xəzəryanı" MMC arasında Saziş"in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini müzakirə edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sənəd parlamentin münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Saziş bu il fevralın 19-da imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Gran Tierra Energy Inc." şirkətinin prezidenti və baş icraçı direktoru Gary Guidry imzalayıblar.

Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək "Gran Tierra Energy Inc." 65 % iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.

Sazişi ratifikasiya etdikdən sonra qüvvəyə minəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…