Əsas məzmuna keç

Qreta Tunberq İsraildən deportasiya edilib

Qreta Tunberq İsraildən deportasiya edilib

bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Qreta Tunberq Fransaya uçan təyyarə ilə İsraili tərk edir”, - deyə məlumatda...

İsveçli Tunberq İsraildən Fransaya gedən təyyarənin göyərtəsindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qreta Tunberq Fransaya uçan təyyarə ilə İsraili tərk edir”, - deyə məlumatda bildirilir.

İsrailin daxili işlər naziri Moşe Arbelin sözlərinə görə, İsrail öz sərhədləri yaxınlığında etiraz donanmalarının təxribatları ilə suverenliyinin pozulmasına imkan verməyəcək.

O əlavə edib ki, 12 flotiliya ölkələrinə qaytarmaq əmrini verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…