Qlobal problem yarandı, sistemlər çökdü, bəs Azərbaycana təsir edib? - AÇIQLAMA

Qlobal problem yarandı, sistemlər çökdü, bəs Azərbaycana təsir edib? - AÇIQLAMA
19.07.2024 13:45
Aa
dəq

Windows 10 əməliyyat sistemi ilə işləyən cihazlarda baş verən qlobal nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə təsir göstərməyib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq qurumdan bildirilib.

“Bakı aeroportunun əməliyyatları Amadeus sistemi üzərindən həyata keçirilir ki, bu da hazırda aeroportun fasiləsiz fəaliyyətini təmin edir”, – deyə qurumun məlumatında qeyd olunub.

Qeyd edək ki, yaranan nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşlar həyata keçirən əksər aviaşirkətlərin işinə də təsir göstərməyib. Bununla belə, yaranan problem “Flynas” aviaşirkətinin Ər-Riyad-Bakı-Ər-Riyad marşrutu üzrə uçuşunu ləğv etməsinə səbəb olub.

Bundan əlavə, nasazlıq “Wizz Air Abu Dhabi”, “Kuwait Airways” və “Turkish Airlines” kimi aviaşirkətlərin fəaliyyətinə təsir etsə də, bu gün üçün planlaşdırılmış bütün uçuşların həyata keçirilməsi gözlənilir.

***

Bütün dünyada “Windows” sistemi ilə işləyən cihazların işində qlobal nasazlıq yaranıb.

Avstraliya, Yeni Zelandiya, Hindistan, Yaponiya, ABŞ və Böyük Britaniya kimi ölkələr bu problemdən əziyyət çəkiblər.

Berlin-Brandenburq Beynəlxalq Hava Limanı (BER) texniki problemlər səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb.

CNN-ə görə, "Microsoft Azure" bulud saxlama platformasının çökməsi nəticəsində ABŞ aviaşirkətləri minimum 130 uçuşu ləğv edib və daha 200-dən çox uçusu təxirə salıb.

"Microsoft"un səhmləri "Windows" sistemi ilə işləyən cihazların qlobal nasazlığı fonunda 3,15% ucuzlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NASDAQ birjası məlumat yayıb.

Qlobal problem bütün dünyada aviaşirkətlərə, banklara, xəbər agentliklərinə, səhiyyə sistemlərinə təsir edib.

London Fond Birjası da qlobal uğursuzluqdan əziyyət çəkib. 

"Microsoft" korporasiyası "problemlərin aradan qaldırılması tədbirləri" həyata keçirdiyini bildirib.

Həftənin ən çox oxunanları

"Telegram"da iki funksiya silindi

DAVAMIN OXU davamın oxu

“iPhone 16”nın özəllikləri açıqlandı

“iPhone 16”nın özəllikləri açıqlandı
DAVAMIN OXU davamın oxu

"Starliner" Yer atmosferinə girməzdən əvvəl sınaqdan keçiriləcək

DAVAMIN OXU davamın oxu

"WhatsApp"a bu yeni funksiya gəlir

DAVAMIN OXU davamın oxu

"WhatsApp"da bu da mümkün olacaq

DAVAMIN OXU davamın oxu