BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi bildirib ki, koka becərilməsi 2020-2021-ci illər arasında 35% artaraq rekord səviyyəyə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda həmçinin bildirilir ki, insan alverçiləri narkotikləri istehlakçılara çatdırmaq üçün beynəlxalq poçt xidmətlərindən daha çox istifadə edirlər.
Avropa və Şimali Amerika kokain üçün ən böyük bazardır, ondan sonra Cənubi və Mərkəzi Amerika və Karib hövzəsi gəlir.