Əsas məzmuna keç

Qırmızı dənizdə Çin faktoru: Pekin Husilərlə razılığa gəlibmi?

Qırmızı dənizdə Çin faktoru: Pekin Husilərlə razılığa gəlibmi?

Qlobal enerji ticarətinin mərkəzi olan Babülməndəb boğazında gərginlik davam etsə də, Çin gəmilərinin maneəsiz keçidi beynəlxalq ictimaiyyətin diqqətini çəkir.

en ru

Qırmızı dənizlə Ədən körfəzini birləşdirən boğazında əlaqəli ticarət gəmilərinin təhlükəsiz keçidi diqqət çəkib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, beynəlxalq dənizçilik hesabatlarına görə, Husilərin dəniz blokadası və təhdidlərinə baxmayaraq, Çinə məxsus və ya Çinlə əlaqəli 22 ticarət gəmisi boğazdan təhlükəsiz şəkildə keçib.

Məlumata görə, dənizçilik dairələrində bu keçidlərin Pekinlə Yəməndəki İranın dəstəklədiyi Husilər arasında mümkün razılaşma ilə əlaqəli olduğu iddia edilir. Bildirilir ki, tankerlərinin təhlükəsiz keçidi üçün tərəflər arasında xüsusi koordinasiya aparılıb və bu prosesdən İranın da xəbərdar olduğu ehtimal edilir.

Çin Xarici İşlər Nazirliyi isə Qırmızı dənizdə beynəlxalq ticarətin təhlükəsizliyini dəstəklədiyini və mövcud problemlərin diplomatik yollarla həll edilməsinin vacibliyini bildirib. Pekin Husilərlə birbaşa danışıqlar apardığı barədə iddiaları təsdiqləməyib.

Qeyd edək ki, “Kpler” şirkətinin məlumatlarına əsasən, son günlər Babülməndəb boğazından keçən gəmi sayında artım müşahidə olunur. Xüsusilə neft və neft-kimya məhsulları daşıyan gəmilərin marşruta qayıtdığı bildirilir.

Ekspertlər xəbərdarlıq edirlər ki, boğazın bağlanması halında gəmilər Afrikanın cənubundan keçməli olacaq. Bu isə daşınma müddətinin həftələrlə uzanmasına və xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…