Əsas məzmuna keç

Qırğızıstanda himn dəyişdirilir

Qırğızıstanda himn dəyişdirilir

Qırğızıstanda himnin sözlərini və musiqisini dəyişmək üçün müsabiqə elan ediləcək. Bu barədə mədəniyyət nazirinin müavini Timurlan Ajımaliyev himnin...

Qırğızıstanda himnin sözlərini və musiqisini dəyişmək üçün müsabiqə elan ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-lərinə istinadən xəbər verir ki, bu barədə nazirinin müavini Timurlan Ajımaliyev himnin dəyişdirilməsi üzrə komissiyanın ilk iclasında bildirib.

"Məqsəd xalqın tarixi irsini, mədəniyyətini və birliyini əks etdirən yaratmaqdır. Bununla bağlı bəstəkarlar, şairlər, musiqiçilər və yaradıcı kollektivlər dəvət olunur", - o qeyd edib.

Xatırladaq ki, himni dəyişdirməyi parlament spikeri Nurlanbek Şakiyev təklif edib. N.Şakiyev yeni himnin 2025-ci ilin aprelinə qədər qəbul edilməli olduğunu bildirib. Himnin üç variantını hazırlayıb Joqorku Keneşə təqdim etməli olan idarələrarası komissiya yaradılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…