Qəzzada su böhranı hökm sürür.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin rəsmiləri, Qəzza zolağının mərkəzi hissələrindəki Deyr əl-Bələ və Qəzza şəhərlərində artan su probleminin təxminən 700 min insanın həyatını təhdid etdiyini xəbərdar edib.
Yanacaq çatışmazlığı səbəbindən təmizləyici qurğuların və su quyularının sıradan çıxması, həmçinin İsrail ordusunun hücumları səbəbindən içməli su təchizatında ciddi böhran yaşayır.
Havanın temperaturunun həddindən çox yüksək olması bu rəqəmi günü-gündən artırır.
Qəzzalılar İsrail ordusunun hücumları nəticəsində təmizləyici qurğuların və su quyularının sıradan çıxması səbəbindən, insanlar dəniz suyundan içməli su üçün istifadə etmək məcburiyyətində qalıblar.
Fələstinli uşaqlar günün 6 və ya 8 saatını uzaq məsafədən yemək və su daşımaqla keçirirlər.