İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri hücum etdiyi Qəzza zolağında can itkisi 32 min 845-ə yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra verdiyi açıqlamada İsrailin 178 gündür Qəzza zolağına etdiyi hücumlarla bağlı məlumat verib.
Qudra, İsrail qüvvələrinin Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 63 fələstinlinin həyatını itirdiyini, 94 fələstinlinin isə yaralandığını bildirib.