Əsas məzmuna keç

Qəzzada internet kəsilib

Qəzzada internet kəsilib

zolağının şimal bölgələrində və rabitə əlaqəsi kəsilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Fələstin telekommunikasiya şirkətləri tərəfindən yazılı açıqlamada, İsrailin blokada altında saxlayaraq hücumlarını artırdığı Qəzza Zolağının şimalındakı Qəzza şəhəri və Şimal vilayətində sabit internet və rabitə xidmətlərinin kəsildiyi qeyd olunub.

Açıqlamada İsrail ordusunun bölgəyə rabitə və internet xidməti göstərən əsas xətləri hədəfə alması nəticəsində bu kəsintilərin baş verdiyi və davam edən hücumların yaratdığı təhlükələrə baxmayaraq xətlərin bərpası üçün işlərin başladıldığı bildirilib.

Hadisə şahidlərinin sözlərinə görə, Qəzza şəhərində bir çox ərazidə internet xidmətləri tamamilə dayanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…