İsrailin Qəzza zolağında davam edən blokadası səbəbindən aclıqdan ölən fələstinli uşaqların sayı 68-ə yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
"Əl-Cəzirə" yazıb ki, müharibə və İsrailin mühasirəsi Qəzzada 2,1 milyon insanı aclıq həddinə çatdırıb.
Öz növbəsində, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) bəyan edib ki, iyun ayında Qəzzada 5,8 mindən çox uşağa qida çatışmazlığı diaqnozu qoyulub, onlardan 1 mindən çoxunun vəziyyəti ağırdır.