Qəzza zolağındakı toqquşmalarda İsrail ordusu 48 hərbçi itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, ötən gün 2 hərbçi İsrail ordunun Qəzzadakı yerüstü əməliyyatları zamanı həyatını itirib və bununla da ölən hərbçilərin ümumi sayı 48 nəfərə çatıb.
Həmçinin əlavə olunub ki, hazırda İsrail ordusu Qəzzadakı Əl-Şifa xəstəxanası ərazisində hərbi əməliyyatları davam etdirir.
İsrail ordusu xəstəxananın altında 200-ə yaxın HAMAS döyüşçüsünün gizləndiyi, girovların saxlandığı bir neçə yeraltı kompleksin və tunelin olduğunu iddia edir.