Jemini/NSF NOIRLab Beynəlxalq Rəsədxanasıdan olan astronomlar Kainatda aşağı kütləli qara dəlik aşkar ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Nature Astronomy" jurnalı məlumat yayıb.
Qeyd edilib ki, bu kəşf James Webb Kosmik Teleskopu (JWST) vasitəsilə aşkar edilib.
LID-568 adlı qara dəlik Böyük Partlayışdan cəmi 1,5 milyard il sonra mövcud olmuş qalaktikanın mərkəzində yerləşib.
Bu qara dəlik radiasiya təzyiqi və cazibə qüvvəsinin tarazlıqda qaldığı maksimum parlaqlıq olan Eddinqtonun nəzəri limitindən 40 dəfə yüksək sürətlə maddəni içinə çəkir.
Müşahidələr nəticəsində qara dəliyin ətrafında güclü qaz axınları aşkar edilib ki, bu da mümkün sürətli akkresiyanı göstərir. Bu axınlar sistemə həddindən artıq yığılmanın səbəb olduğu qeyri-sabitliyin qarşısını almağa kömək edən bir növ boşaltma klapanı kimi xidmət edə bilər. Qara dəliyin hesablanmış parlaqlığı Eddinqton həddini xeyli keçib və bu, obyektin unikallığını təsdiqləyib.