Operativ Məlumat Mərkəzi

Qətər millisi İrana qalib gələrək Asiya Kubokunun finalına yüksəlib

1 dəq
Paylaş:
Qətər millisi İrana qalib gələrək Asiya Kubokunun finalına yüksəlib
Fevralın 7-də keçirilən Asiya kubokunun yarımfinal oyunu Qətər millisinin qələbəsi ilə başa çatıb. "Operativ Məlumat Mərkəzi-OMM" "Sport Express"ə...

Fevralın 7-də keçirilən Asiya kubokunun yarımfinal oyunu Qətər millisinin qələbəsi ilə başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Sport Express"ə istinadən verdiyi xəbərə görə, Qətər komandası İran yığması üzərində 3:2 hesabı ilə əzmkar qələbə qazanıb.

Qətərlilər 17-ci dəqiqədə Yassem Jaber Abdulsallam, 43-cü dəqiqədə Əkrəm Afif və 82-ci dəqiqədə Abdullah Almoez Əlinin qolları ilə qələbə qazanıb.

İran millisinin heyətində Serdar Azmun oyunun 4-cü dəqiqəsində, Əlirza Cahanbaxş isə 51-ci dəqiqədə penaltidən fərqlənib. İkinci hissədə komanda Şoca Xəlilzadəni itirib - futbolçu meydandan qovulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər