Əsas məzmuna keç

Qərb liderləri Zelenskini güclə sakitləşdiriblər

Qərb liderləri Zelenskini güclə sakitləşdiriblər

NATO-nun Litvanın paytaxtı Vilnüsdə keçirilən sammiti Ukraynanın gözləntilərini doğrultmayıb və bu da Prezident Volodimir Zelenskinin narazılığına səbəb...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

NATO-nun Litvanın paytaxtı Vilnüsdə keçirilən sammiti Ukraynanın gözləntilərini doğrultmayıb və bu da Volodimir Zelenskinin narazılığına səbəb olub. Nəticədə əsəbiləşib və soyuqqanlılığını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ABŞ-ın “Bloomberq” nəşri yazıb.

Məlumata görə, V.Zelenski danışarkən tez-tez səs tonunu yüksəldib. Alyans ölkələrinin liderləri onu güclə sakitləşdiriblər.

liderinin əsəbləşməsinin əsas səbəbi kimi Kiyevin NATO-ya üzv qəbul olunması ilə bağlı konktet tarixin açıqlanmaması göstərilir. Vurğulanıb ki, onun bu ritorikası Ukraynaya dəstək verən Qərb liderlərinin xoşuna gəlməyib. Şam yeməyi zamanı dövlət və hökumət başçıları Ukrayna Prezidentinə iradlarını bildirib və sakit olmağın zəruriliyini diqqətə çatdırıblar.

G7 (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ) ölkələrinin Ukraynaya təhlükəsizlik zəmanəti barədə qərarından sonra isə V.Zelenski sakitləşib.

“Blomberq” yazıb ki, V.Zelenskinin davranışları bir sıra Qərb rəsmilərini də qıcıqlandırıb və onları danışmağa vadar edib. Böyük Britaniyanın Ben Uels söyləyib ki, Ukraynanın özünün silah-sursatı, texnikası yoxdur, ona görə də sadəcə müttəfiqlərə təşəkkür etməlidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…