Operativ Məlumat Mərkəzi

Qəbələdə 10 gün əvvəl avtomobillə vurulan piyada ölüb

1 dəq
Paylaş:
Qəbələdə 10 gün əvvəl avtomobillə vurulan piyada ölüb
Qəbələdə 10 gün əvvəl avtomobillə vurulan piyada ölüb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki...

Qəbələdə 10 gün əvvəl avtomobillə vurulan piyada ölüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, aprelin 7-də Qəbələ şəhəri ərazisində sürücü Rahim Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə 1968-ci il təvəllüdlü piyada, rayonun Vəndam qəsəbə sakini Yaqub Hacıyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib və tibbi yardım göstərilməsinə baxmayaraq bu gün səhər saatlarında vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər