Operativ Məlumat Mərkəzi

Qazaxıstanda mədən çöküb, 7 mədənçi həlak olub

1 dəq
Paylaş:
Qazaxıstanda mədən çöküb, 7 mədənçi həlak olub
bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Hadisə nəticəsində 7 şaxtaçı dağıntılar altında qalıb, onların hamısı...

Qazaxıstanın Ulıtau vilayətindəki Jomart mədənində dağ kütləsi çöküb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində 7 şaxtaçı dağıntılar altında qalıb, onların hamısı həlak olub.

Hadisə yerinə Fövqəladə Hallar Departamentinin 21 əməkdaşı və 7 texnikası, həmçinin xilasetmə xidmətinin iki bölməsi cəlb olunub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olanların yaxınlarına başsağlığı verib və hökumətə faciənin səbəblərini hərtərəfli araşdırmağı tapşırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər