Operativ Məlumat Mərkəzi

Qazaxıstanda mədən çöküb, 7 mədənçi həlak olub

1 dəq
Paylaş:
Qazaxıstanda mədən çöküb, 7 mədənçi həlak olub

Qazaxıstanın Ulıtau vilayətindəki mədənində dağ kütləsi çöküb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumat yayıb.

Hadisə nəticəsində 7 şaxtaçı altında qalıb, onların hamısı həlak olub.

Hadisə yerinə Fövqəladə Hallar Departamentinin 21 əməkdaşı və 7 texnikası, həmçinin xilasetmə xidmətinin iki bölməsi cəlb olunub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olanların yaxınlarına başsağlığı verib və hökumətə faciənin səbəblərini hərtərəfli araşdırmağı tapşırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax