Əsas məzmuna keç

Qazaxıstanda ekstremist qrupun dörd üzvü saxlanılıb

Qazaxıstanda ekstremist qrupun dörd üzvü saxlanılıb

bu barədə Təhlükəsizlik Komitəsi məlumat yayıb. Onlar terrorizmin təbliği, ekstremist fəaliyyətin təşkili və iştirakında, həmçinin yeni tərəfdarların...

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi Astana və Kosşıda qrupun dörd saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" mətbuatına istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Onlar terrorizmin təbliği, ekstremist fəaliyyətin təşkili və iştirakında, həmçinin yeni tərəfdarların cəlb edilməsində şübhəli bilinirlər.

"Onların yaşayış yerlərində aparılan axtarışlar zamanı dini materiallar və digər maddi sübutlar götürülüb. Hazırda Cinayət Məcəlləsinin 256, 259 və 405-ci maddələri ilə ilkin araşdırma aparılır", - komitədən bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…