Əsas məzmuna keç

Qazaxıstan Həmlə-Desant Qüvvələrinin komandanı Azərbaycanın Komando və XTQ hərbi hissələrində olub - VİDEO

Qazaxıstan Həmlə-Desant Qüvvələrinin komandanı Azərbaycanın Komando və XTQ hərbi hissələrində olub - VİDEO

bu barədə Müdafiə Nazirliyindən bildirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstü ziyarət olunub. Qazaxıstan...

Azərbaycanda səfərdə olan Həmlə-Desant Qüvvələrinin komandanı general-mayor Almaz Cumakeevin rəhbərlik etdiyi və Xüsusi Təyinatlı Qüvvələrin hissələrini ziyarət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstü ziyarət olunub.

Qazaxıstan nümayəndə heyətini qarşılayan general-mayor Akif Pirverdiyev onları ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. Qonaqlara hərbi hissənin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizatı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti qapalı idman zalı, əsgər yataqxanası və yeməkxanaya baxış keçirib. Qonaqlara şəxsi heyətin idman fəaliyyətləri nümayiş etdirilib.
Hərbi hissənin ərazisindəki qapalı atış kompleksində tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atışlar icra olunub.
Qonaqlar tam təchizatlı komandoların sıra hazırlığına baxdıqdan sonra onların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətlərini izləyiblər.
Qazaxıstan nümayəndə heyəti daha sonra Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirovla görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair geniş müzakirələr aparılıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…