Əsas məzmuna keç

Azərbaycan və Qazaxıstan hərbi əməkdaşlığı genişləndirir

Azərbaycan və Qazaxıstan hərbi əməkdaşlığı genişləndirir

Bakı və Astana arasında müdafiə sahəsində yeni saziş imzalanıb. Hərbi təlimlər və təhlükəsizlik sahəsindəki bu strateji tərəfdaşlıq regionda nələri dəyişəcək?

en ru

Müdafiə nazirinin birinci müavini – Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi Respublikasında işgüzar səfərdədir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyev Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Kanış Abubakirov ilə görüş keçirib.

Tərəflər Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayaraq, iki ölkənin qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlərin şəxsi heyətin peşə hazırlığının yüksəldilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və ordularımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, regional məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qazaxıstan tərəfi Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının inkişafına verdiyi mühüm töhfəyə görə general-polkovnik K.Vəliyevi "Hərbi əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə" medalı ilə təltif edib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…