Qətər hökuməti ölkə ərazisində fövqəladə vəziyyət elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı İranın "IRIB News" agentliyi öz "Telegram" kanalı vasitəsilə yayıb.
"Biz fövqəladə vəziyyət elan edirik və qaz hasilatını dayandırırıq".
Hadisələrin gərginləşməsi fonunda Qətər Müdafiə Nazirliyi daha əvvəl İran Hərbi Hava Qüvvələrinə məxsus iki "Su-24" qırıcısının məhv edildiyini, həmçinin 7 ballistik raket və 5 pilotsuz uçuş aparatının (PUA) uğurla zərərsizləşdirildiyini açıqlamışdı.
Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari isə qeyd edib ki, İranın Körfəz ölkələrinə təzyiq göstərərək ABŞ-ni hərbi əməliyyatları dayandırmağa və Tehranla danışıqlara qayıtmağa məcbur etmək cəhdləri uğursuzluğa məhkumdur.