Əsas məzmuna keç

Abbas Əraqçi: Pentaqonun hərbi xərcləri ABŞ-ni çökdürəcək

Abbas Əraqçi: Pentaqonun hərbi xərcləri ABŞ-ni çökdürəcək

İran XİN rəhbəri Abbas Əraqçi Pentaqonun hərbi xərcləri və Netanyahunun siyasəti səbəbindən ABŞ iqtisadiyyatını gözləyən trilyonluq maliyyə zərbəsini açıqladı. Detallar:

ru en

İranın naziri Əraqçi Pentaqonun İrana qarşı müharibə üçün əlavə olaraq 200 milyard dollardan çox maliyyə tələb etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o bununla bağlı "X" hesbaında paylaşım edib.

“Biz cəmi üç həftədir ki, həm iranlılara, həm də amerikalılara zorla qəbul etdirilmiş bu müharibədəyik. Bu 200 milyard dollar yalnız aysberqin görünən hissəsidir. Sadə amerikalılar tezliklə iqtisadiyyatına zərbə vuracaq trilyon dollarlıq ‘İsrail hər şeydən əvvəl’ vergisinə görə Benyamin Netanyahuya və onun Konqresdəki tərəfdarlarına təşəkkür edə bilərlər”, - Əraqçi yazıb.

“Washington Post” qəzeti administrasiyadakı yüksək vəzifəli mənbəyə istinadən bildirib ki, bu məbləğ kampaniyanın dəyəri ilə bağlı əvvəllər açıqlanan rəqəmləri xeyli üstələyir.

ABŞ və Ağ Ev bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…