Növbəti aylar Ukrayna Silahlı Qüvvələri üçün həlledici olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə" RBC-Ukrayna" nəşri məlumat verib.
Ötən həftə cəbhə xəttindəki vəziyyəti qiymətləndirmək üçün Kiyevə səfər edən ABŞ hərbçiləri Ukrayna tərəfi üçün ümumi vəziyyətin əlverişsiz olduğunu bildiriblər.
Mənbə deyib ki, amerikalı nümayəndələr yaxın perspektiv üçün çox ciddi proqnozlar veriblər:
“Onlar hesab edirlər ki, növbəti aylar bizim üçün kritik olacaq və 12 ay ərzində Donetsk bölgəsini itirəcəyik”.
Görüş zamanı ABŞ yardımının dayandırılması ehtimalı da müzakirə olunub.
Mənbənin sözlərinə görə, amerikalı hərbçilər Kiyevi xəbərdar ediblər ki, əgər yardım kəsilərsə, Ukrayna Silahlı Qüvvələri regionu “daha da tez” itirəcək.