Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qaradağda qoruq talançıları tutuldu

2 dəq
Paylaş:
Qaradağda qoruq talançıları tutuldu

Qaradağ rayonunda qızıl axtarmaq məqsədilə milli tarix-bədii qoruq ərazisinə qanunsuz daxil olan qrup saxlanılıb. Qabaqcadan əlbir olan şəxslər dövlət tərəfindən xüsusi qorunan təbiət ərazilərinin mühafizə qaydalarını kobud şəkildə pozublar.

DİN-in xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, onlar qoruqdakı qayaların dibində qazıntı işləri aparıblar. Məqsəd xüsusi maddi dəyəri olan əşyalar talamaq olsa da, nəticədə sərvətlər yararsız hala salınıb.

Qaradağ Rayon Polis İdarəsinin keçirdiyi əməliyyatla şübhəli bilinən 5 nəfər – 42 Kamil , 59 yaşlı Məmmədrəsul İbrahimov, 41 yaşlı Əkbər Əkbərov, 50 yaşlı Niyaməddin Əliyev47 yaşlı Elşad İsgəndərov müəyyən olunaraq məsuliyyətə cəlb ediliblər.

Maraqlı məqam odur ki, həmin şəxslər öz əməllərini mobil telefonları vasitəsilə lentə alıblar. Hazırda faktla bağlı başlanılıb, araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax