Əsas məzmuna keç

"Qarabağ" Samuel Lobato ilə müqavilə imzalayıb

"Qarabağ" Samuel Lobato ilə müqavilə imzalayıb

Portuqaliyalı yarımmüdafiəçi Samuel Lobato 3 illik müqavilə ilə Ağdam təmsilçisinə qoşuldu. “Sportinq” yetirməsi 28 nömrəli forma ilə komandanın uğurları üçün çalışacaq.

en ru

"" klubu növbəti transferini gerçəkləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" klubuna istinadən xəbər verir ki, Portuqaliyanın "Portimonense" klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato "Qarabağ"a keçib.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, bölgə təmsilçisində 28 nömrəli formanı geyinəcək.

2025-ci ildən "Portimonense"də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın "" klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin "Famalikao", B SAD və "Tondela" klublarında da çıxış edib.

Qeyd edək ki, Samuel Lobato yay "transfer pəncərəsi"ndə komandaya qoşulan üçüncü futbolçudur. Daha öncə Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…