Əsas məzmuna keç

“Qarabağ” fransalı futbolçu ilə 3 illik müqavilə imzalayıb

“Qarabağ” fransalı futbolçu ilə 3 illik müqavilə imzalayıb

Ağdam klubu Jali Muaddib transferini bitirdi. 7 nömrəli formanı geyinəcək vingerlə 2029-cu ilə qədər anlaşan "atlılar"ın yeni oyunçusunun karyerası ilə tanış olun.

en ru

2026/2027-ci illər mövsümünün transfer çalışmalarına start verən “” ilk futbolçu keçidini gerçəkləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalanıb.

Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandada 7 nömrəli geyinəcək.

Jali Muaddibin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradipou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.

Qeyd edək ki, Jali Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…