“Qarabağ” “Linkoln” matçına satılan bilet sayı məlum olub.
Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bu saata qədər 18 500 bilet satılıb.
Qeyd edək ki, qarşılaşma bu gün saat 20:00-da Bakı Olimpiya stadionunda baş tutacaq.
İlk oyun Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.