Əsas məzmuna keç

Qarabağ-ın oyununu italiyalılar idarə edəcək

Qarabağ-ın oyununu italiyalılar idarə edəcək

UEFA Avropa Liqasının növbəti matçında Ağdam təmsilçisinin rəqibi ilə qarşılaşmasını hansı referi briqadası idarə edəcək? Görüşün təyinatı məlum olub.

en ru

""ın UEFA Liqası II təsnifat mərhələsinin ÇSKA (Sofiya) ilə keçirəcəyi ilk matçın hakim təyinatları açıqlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Bakıda keçiriləcək oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Daniele Çiffi olacaq. Ona yan xətlərdə Covanni Baççini ilə Alessandro Lo Çiçero köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Daniele Perentsoni yerinə yetirəcək. VAR-da Valeryo Marini, AVAR-da isə Federiko La Penna əyləşəcək.

Qeyd edək ki, "Qarabağ" - ÇSKA qarşılaşması 23 iyul tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…