Əsas məzmuna keç

"Qarabağ" FK inzibati heyətə ən çox maaş ödəyən klubdur

"Qarabağ" FK inzibati heyətə ən çox maaş ödəyən klubdur

Misli Premyer Liqası klublarının 2024-cü il üzrə məvacib xərcləri bəlli oldu. AFFA-nın hesabatında "Sabah" və "Neftçi"nin də büdcəsi açıqlandı. Tam siyahı burada.

en ru

Misli Premyer Liqasında çıxış edən klubların 2024-cü ildə inzibati işçilərə ödədikləri əməkhaqqı məbləğləri rəsmən müəyyənləşib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu rəqəmlər AFFA-nın son maliyyə hesabatında öz əksini tapıb.

Siyahıya inzibati işçilərə ən çox məvacib "" başçılıq edir. Ağdam klubunda bu rəqəm 6 milyon 805 min 500 manat təşkil edib.

İkinci sırada 5 milyon 145 min 600 manat maaş ödəyən "Sabah" (Masazır) qərarlaşıb. İlk "üçlüyü" isə 1 milyon 976 min 847 manat büdcə ilə "Neftçi" qapayıb.

Növbəti sıralarda yer alan klubların xərcləri isə aşağıdakı kimidir:

  • "Sumqayıt" - 1 milyon 610 min 800 manat
  • "Zirə" - 1 milyon 351 min 61 manat
  • "Turan Tovuz" - 867 min 600 manat
  • "Şamaxı" - 644 min 300 manat
  • "Səbail" - 588 min 700 manat
  • "Araz-Naxçıvan" - 209 min 700 manat
  • "Kəpəz" - 108 min 300 manat

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…