Əsas məzmuna keç

“Qarabağ” – “Ayntraxt” oyununu isveçrəli hakimlər idarə edəcək

“Qarabağ” – “Ayntraxt” oyununu isveçrəli hakimlər idarə edəcək

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” qarşılaşması üçün hakim təyinatları açıqlanıb. Oyunu İsveçrədən olan...

en ru

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “” – “” qarşılaşması üçün hakim təyinatları açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Sandro Şerer olacaq.

Ona meydanda Stefan de Almeyda və Conas Erni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yohannes fon Mandaç yerinə yetirəcək.

VAR sisteminə nəzarət Fedayi San və Lukas Fandrixə həvalə olunub.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…