AFFA İntizam Komitəsi “Qarabağ” klubunu ümumilikdə 4 500 manat cərimələyib. Qərara Misli Premyer Liqasının X turunda “Qəbələ” ilə səfər oyununda baş verənlər səbəb olub. Görüş 0:0 hesabı ilə başa çatıb.
Qarşılaşmadan sonra Ağdam təmsilçisinin azarkeşləri pirotexniki vasitələrdən istifadə ediblər. Bu səbəbdən “Qarabağ” 3 000 manat cərimələnib.
Kluba əlavə olaraq 1 500 manat cərimə tətbiq edilib. “Qarabağ”ın futbolçusu Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə olunub.
“Qəbələ” isə “Zona 1” ərazisində kənar şəxslərin olmasına görə 1 000 manat ödəyəcək.