Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
06.04.2023 14:11
Aa
dəq

Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Mirqoca və Tahir Kərimovlar olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri, 360 metr uzunluğunda 18 ədəd sintetik tor götürülüb.

“Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb”.

Xidmət rəisi qeyd edib ki, eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının "Kiçik Körfəz" adlanan ərazisindən 432 metr uzunluğunda sintetik tor yığışdırılıb.

“Vətəndaşlarımızı ETSN tərəfindən start verilən "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyasında fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarına və teleqram qrupuna dəqiq koordinatları göstərməklə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa çağırırıq”

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu