İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-yə qarşı sərt bəyanatla çıxış edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Qalibaf ABŞ-nin "Qeşm" adasında mülki şəxslərin öldürülməsinə görə ağır bədəl ödəyəcəyini bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun bu addımı döyüş meydanında yaşadığı uğursuzluqların əvəzini çıxmaq cəhdidir. Qalibaf vurğulayıb ki, mülki əhaliyə qarşı həyata keçirilən hücumlar cavabsız qalmayacaq.
İran rəsmisi qeyd edib ki, ABŞ-nin regiondakı bu cür hərəkətləri nəticəsiz qalmayacaq və Vaşinqton törətdiyi əməllərə görə məsuliyyət daşıyacaq.