Əsas məzmuna keç

"Qalatasaray"ın hücumçusu uzun müddətə sıradan çıxıb

"Qalatasaray"ın hücumçusu uzun müddətə sıradan çıxıb

Türkiyənin "" klubunun hücumçusu İkardi uzun müddətə sıradan çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda "Tottenhem"ə qarşı (3:2) matçda diz bağlarını qırıb və menisk zədəsi alıb. 31 yaşlı argentinalı futbolçu əməliyyat olunacaq. Onun cari mövsümün sonuna qədər meydana çıxmayacağı bildirilir.

Qeyd edək ki, M.İkardi 2023-cü ilin yayında PSJ-dən "Qalatasaray"a transfer edilib. Ön xətt oyunçusu bu mövsüm meydana 14 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…