Əsas məzmuna keç

Qablaşdırma vasitələri üçün məcburi tələblər müəyyənləşdirilir

Qablaşdırma vasitələri üçün məcburi tələblər müəyyənləşdirilir

Azərbaycanda "Qablaşdırmanın təhlükəsizliyi haqqında" texniki layihəsi hazırlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sənəd yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə hazırlanıb və ictimai müzakirələr başa çatdıqdan sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

Yeni texniki reqlamentin məqsədi insanların həyat və sağlamlığının, əmlakın, ətraf mühitin, həmçinin heyvan və bitkilərin qorunmasıdır. Sənəd eyni zamanda qablaşdırma vasitələrinin istehlakçıları yanlış yönləndirə biləcək hərəkətlərin qarşısını almağı hədəfləyir.

Reqlamentdə qablaşdırma və qablaşdırma vasitələri üçün məcburi tələblər, onların saxlanması, daşınması və utilizasiyası ilə bağlı normalar müəyyən edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…