Sorğuda iştirak edən rusların əksəriyyəti (78%) Rusiya prezidenti Vladimir Putinin işini müsbət qiymətləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İctimai Rəy Fondunun (FOM) sorğu keçirən tədqiqatçıları məlumat verib.
Həftəlik FOM sorğusu 21 yanvar 2024-cü il tarixində Rusiya Federasiyasının 53 tərkib hissəsinin 104 yaşayış məntəqəsindən 18 yaşdan yuxarı 1,5 min iştirakçı arasında keçirilmiş və iştirakçılarla yaşadıqları yer üzrə müsahibələr aparılmışdır.
Tədqiqatçılar qeyd ediblər ki, statistik səhv 3,6%-dən çox olmayıb.
Nəticədə məlum olub ki, respondentlərin 77 faizi prezidentə güvənsə də, rusiyalıların 12 faizi ona o qədər də güvənmir. Bundan əlavə, respondentlərin 9%-i onun işini olduqca zəif qiymətləndirib.